Reytinq: “Qarabağ” geriləyib, “Neftçi” 21 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 302 klubun olduğu siyahıda Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Neftçi” də yer alıb.

“Qarabağ” ötən ayla müqayisədə 4 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 71-ci sırada qərarlaşıb.

67 xala malik “Neftçi” 21 pillə irəliləyərək 287-ci olub.

Reytinqdə lider dəyişməyib. “Real” klubu 313 xalla birincidir. “Mançester Siti” 279 xalla ikinci sıraya yüksəlib. İlk “3-lüy”ü 278 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button