Reytinq: “Qarabağ” 1 pillə geriləyib

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən oyunlarından sonra UEFA-nın klub reytinqi yenilənib.

Komanda.az xəbər verir ki, Bakıda “Ayaks”a (Niderland) 0:3 hesabı ilə məğlub olan “Qarabağ” reytinqdə 1 pillə geriləyib. “Köhlən atlar” “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

“Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button