Reytinq: Azərbaycanın futzal millisi geriləyib

Futzal üzrə milli komandaların yeni dünya reytinqi açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisi reytinq siyahısında geriləyib.

Mart ayında dünya çempionatının əsas mərhələsində Yunanıstana qalib gəlib (5:2), Polşaya məğlub olan (2:7) yığma ötən ayla müqayisədə bir pillə geriləyib. Milli komanda hazırda 1395 xalla 13-cü yerdə qərarlaşıb. Azərbaycan millisi Avropa yığmaları arasında isə 8-ci yerdədir.

Reytinqə yenə Braziliya millisi başçılıq edir – 1821 xal. İspaniya (1787) ikinci, Argentina (1764) isə üçüncü sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button