Reytinq: Azərbaycanın 2 şahmatçısı “100-lüy”ü tərk edib

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb.

Komanda.az xəbər verir ki, kişilərin cədvəlində Azərbaycanın 4 şahmatçısı yer alıb.

Teymur Rəcəbov 2747 xalla 11-cidir. 14-cü sırada qərarlaşan Şəhriyar Məmmədyarov ondan 7 xal geri qalır. Yığmamızın liderləri mövqelərini qoruyub.

2661 xala malik Qədir Hüseynov 2 pillə irəliləyərək 84-cü yerə yüksəlib. Hələ də Azərbaycanın adından çıxarılmayan Arkadi Naydiç dünyanın 89-cusudur (2651).

Ötən ay cədvəldə olan Rauf Məmmədov və Nicat Abbasov “Top-100”-ü tərk edib. Siyahıya norveçli Maqnus Karlsen başçılıq edir – 2859.

Qadın şahmatçılar arasında ən yüksək pillədə olan Günay Məmmədzadə (2472) 21-ci, Ülviyyə Fətəliyeva (2428) 38-ci, Gövhər Beydullayeva (2387) 63-cüdür. Hər üç təmsilçimiz bir pillə geriləyib. Hərəyə iki pillə yüksələn Xanım Balacayeva (2379) 71-ci, Gülnar Məmmədova isə (2376) 76-cıdır. Qadınların siyahısına çinli Yifen Hou başçılıq edir – 2638 xal.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button