Reytinq: Azərbaycan millisinin mövqeyi məlum oldu

FİFA iyul ayı üçün milli komandaların reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin siyahıdakı mövqeyini dəyişməyib. Yığma komanda 1143 xalla 121-ci sırada qalıb.

Türkiyə millisi də 41-ci pillədəki mövqeyini qoruyub. Qonşu ölkənin komandasının hesabında 1484 xal var.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirir. DÇ-2022-nin finalçısı Fransa millisi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.

İlk 10 yer:

  1. Argentina – 1843,73 xal
  2. Fransa – 1843,54
  3. Braziliya – 1828
  4. İngiltərə – 1797
  5. Belçika – 1788
  6. Xorvatiya – 1742
  7. Niderland – 1731
  8. İtaliya – 1726
  9. Portuqaliya – 1718
  10. İspaniya – 1703

AÇ-2024-ün seçmə mərhələsinin F qrupu:

  1. Belçika – 1788
  2. İsveç – 1547
  3. Avstriya – 1528
  4. Estoniya – 1179
  5. Azərbaycan – 1143
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button