
Reytinq: Azərbaycan millisi yenə geriləyib
Azərbaycan millisi FİFA reytinqində iki pillə geriləyib.
Komanda.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komanda hazırda 1160 xalla 119-cu sırada qərarlaşıb.
Buna yığmanın beynəlxalq yoldaşlıq oyunlarında Haiti (0:3) və Belarusa (0:2) uduzması səbəb olub.
Son dünya çempionu Argentina (1886.16) birinci pillədə qərarlaşıb. Bir mövqe irəliləyən İspaniya (1854.64) ikincidir. Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərindən Fransa (1852.71) üçüncü sıraya düşüb. Ukrayna (1559.81) 25-ci yerdə qalıbsa, dörd pillə geriləyən İslandiya (1336.55) 74-cüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin