
Reytinq: Azərbaycan klublarının mövqeyi məlum olub
Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra klubların reytinq cədvəli açıqlanıb.
Komanda.az xəbər verir ki, yenilənən cədvəldə Azərbaycanı 7 klub təmsil edir.
“Qarabağ” 32.000 xalla 66-cı pillədədir. “Neftçi” 8.000 xalla 187-ci, “Zirə” 4.000 xalla 310-cu pillədə qərarlaşıb.
“Sabah” (4.000) 311-ci, “Sumqayıt” (4.000) 315-ci, “Qəbələ” (3.000) 329-cu, “Şamaxı”(2500) isə 330-cu sıradadır.
UEFA reytinqinə “Real” rəhbərlik edir.
Azərbaycan ölkə olaraq UEFA sıralamasında 28-ci pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin