Reytinq: Azərbaycanın 3 klubu geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.

Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” 340-cı sıradan 378-ə, “Sabah” isə 342-ci mövqedən 391-ci pilləyə düşüb.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (308 xal) ikincidirsə, İtaliyanın “İnter” (264) komandası üçüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button