Reytinq: Azərbaycan millisinin 9 üzvü ilk 3-lükdə

Azərbaycan millisinin 4 yunan-Roma güləşçisi 2022-ci ilin reytinq siyahısını öz çəkilərində birinci pillədə tamamlayıb.

Azərbaycan Güləş Federasiyasından Komanda.az-a verilən məlumata görə, bunlar Eldəniz Əzizli (55 kq, 55000 xal), Taleh Məmmədov (63 kq, 55200 xal), Həsrət Cəfərov (67 kq, 50500 xal) və Ülvü Qənizadədir (72 kq, 58380 xal).

Dünya Güləş Birliyinin (UWW) yekun reytinq siyahısında yığmanın 9 üzvü ilk 3-lükdə yer alıb. Digər yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq, 45200 xal) ikinci, Arif Niftulayev (97 kq, 44620 xal) üçüncü olub.

Qadın güləşində Elis Manolova (65 kq, 46400 xal) ikinci, sərbəst güləşdə isə Osman Nurmaqomedov (92 kq, 45500 xal) və Maqomedxan Maqomedov (97 kq 47520 xal) üçüncü yeri tutub.

Xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button