
Reytinq: Azərbaycan millisi 5 pillə irəlilədi
Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib.
Komanda.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu milli komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.
Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.
Üç pillə irəliləyən Türkiyə millisi 1460 xalla 45-ci yerdədir.
Siyahıya 1831 xalla Braziliya millisi başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin