
“Mançester Siti”nin Reynders üçün nə qədər ödəyəcəyi bəlli olub
“Mançester Siti” “Milan”ın yarımmüdafiəçisi Ticani Reyndersin transferini yekunlaşdırır.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, “şəhərlilər” 26 yaşlı niderlandlı futbolçuya görə 55 milyon avro ödəyəcək. Bu, zəmanətli ödənişdir və Milan klubu təxminən 20 milyon əlavə bonus da qazana bilər. Bunun üçün “Mançester Siti” Çempionlar Liqasını qazanmalıdır. Yəni, “Milan” 75 milyon avronun hamısını yalnız İngiltərə təmsilçisi ÇL-i qazanacağı halda alacaq.
Onu da nəzərə almaq lazımdır ki, transfer məbləğinin 10 faizini yarımmüdafiəçinin 2023-cü ildə “Milan”a dəyişdiyi əvvəlki klubu “Alkmaar” alacaq.
Reyndersin özü də artıq “Mançester Siti”yə keçməyə razılıq verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



