Reynders “Mançester Siti”də – Rəsmi

Niderland millisinin və “Milan”ın yarımmüdafiəçisi Ticani Reynders karyerasını İngiltərədə davam etdirəcək.

26 yaşlı futbolçu “Mançester Siti” ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Reynders son mövsümdə A Seriyasında ilin ən yaxşı yarımmüdafiəçisi seçilib. O, “Milan”ın heyətində 37 oyuna çıxaraq, 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Mançester Siti” Premyer Liqanın son mövsümünü turnir cədvəlinin 3-cü pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button