“Milan”ın futbolçusu “Mançester Siti”yə keçməyə razılıq verib

“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders nümayəndələrinə “Real”ın marağına baxmayaraq, “Mançester Siti”yə transferi tamamlamağa üstünlük verdiyini açıqlayıb.

Komanda.az “Sky Sport France”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Pep Qvardiolanın rəhbərliyi altında oynamaq arzusundadır.

“Barselona”nın “tiki-taka”sının böyük pərəstişkarı olan yarımmüdafiəçi ispaniyalı mütəxəssisin rəhbərliyi altında böyüyə və inkişaf edə biləcəyini düşünür. İngilislərin artıq onunla şəxsi müqavilə ilə bağlı ilkin razılıq əldə etdiyi də bildirilir.

Reynders bu mövsüm bütün turnirlərdə 53 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button