
“Mançester Siti” iyunun 14-nə kimi yeni transfer edə bilər
“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders “Mançester Siti”yə keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi ilə “şəhərlilər” arasında danışıqlar son mərhələyə çatıb və klublar müqaviləni iyunun 14-nə planlaşdırılan Klublararası dünya çempionatına qədər başa çatdırmağı gözləyirlər.
26 yaşlı futbolçu 2024/2025 mövsümündə 54 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



