“Reyncers”in qapıçısı Avroliqanın tarixinə düşdü
Şotlandiyanın “Reyncers” klubunun qapıçısı Alan Makqreqor Avropa Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, Avroliqanın finalında Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna qarşı matça start heyətində çıxan qolkiper bu turnirin həlledici oyununda mübarizə aparan ən yaşlı oyunçuya çevrilib.
40 yaş 107 günlüyündə olan Makqreqor bu göstərici ilə avrokubokların tarixində 3-cüdür. O, yalnız italiyalı həmkarı Dino Zoff (41 yaş 86 gün) və niderlandlı qapıçı Edvin van der Sardan (40 yaş 211 gün) geri qalır.
İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçirilən “Ayntraxt” – “Reyncers” matçında əsas və əlavə vaxt 1:1 hesabıyla birib. Penaltilər seriyasında 5:4 qalib gələn “Ayntraxt” çempion olub.
Bizi Facebook-da izləyin