
“Reyncers”də yeni baş məşqçi
Şotlandiyanın “Reyncers” klubu yeni baş məşqçisinin adını açıqlayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın “sükan”ı Barri Ferqyusona tapşırılıb.
Komandanın sabiq futbolçusu və kapitanı bu postda Filipp Klementi əvəzləyib.
Qlazqo təmsilçisi hazırda Şotlandiya çempionatında 27 turdan sonra 56 xalla ikinci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin