
“Reyncers” Hacinin oğlunu icarəyə verdi
“Reyncers” yarımmüdafiəçisi Yanis Hacini “Alaves”ə icarəyə göndərib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2023/24 mövsümünün sonuna qədər La Liqa klubunda çıxış edəcək.
24 yaşlı rumıniyalı futbolçu 2022/23 mövsümündə “Reyncers”in heyətində 11 oyuna çıxıb və bir qol vurub.
Xatırladaq ki, Yanis Rumıniya yığmasının və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu George Hacinin oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin