“Qarabağ”ın keçmiş futbolçusu Qazaxıstan klubu ilə vidalaşdı
Bir müddət əvvəl “İrtış” klubu ilə müqavilə imzalayan “Qarabağ”ın sabiq futbolçusu Reynaldo, Qazaxıstan klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə “İrtış”ın rəsmi saytı məlumat yayıb. Reynaldo ilə imzalanan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Reynaldo ailəvi səbəblərdən dolayı Qazaxıstan klubundan ayrılıb.
Braziliyalı hücumçu 2013-2016-ci illər aralığında “Qarabağ”da çıxış edib. O, bir müddət Türkiyə (“Adanaspor”), Slovakiya (“Spartak”, Trnava) və Qazaxıstanda (“Aktobe) forma geyindikdən sonra 2018/19 mövsümünün ikinci yarısında yenidən Ağdam klubuna qayıtmışdı. “Qarabağ” mövsümün sonunda Reynaldo ilə yollarını ayırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin