Reynaldo 882 gün sonra…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda “Sabah”la oyun (1:1) “Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan forvard ölkə çempionatlarında 882 gün sonra yenidən “Qarabağ” formasıyla fərqlənib. Silva məhz 2016-cı ilin sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.
Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı ilin dekabrın 8-də Avropa Liqasında “Fiorentina”yla (1:2) matça təsadüf edib və bu qoldan da 807 gün sonra forvard yenidən rəqib qapısına yol tapıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin