Reyna üçün 3-cü İtaliya klubu

“Milan”ın qapıçısı Pepe Reyna karyerasını İtaliyanın digər təmsilçisində davam etdirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı qapıçı “Latsio”da çıxış etməyə yaxındır. O, paytaxt klubu ilə anlaşıb. Reyna tibbi müayinədən keçmək üçün Romaya gedib. Bu barədə klubun sosial şəbəkə hesabından paylaşım edilib.

Tibbi müayinədən sonra ispaniyalı qolkiperlə 2 illik müqavilənin imzalanacağı bildirilir.

Reyna İtaliyada “Milan”dan başqa, “Napoli”nin də formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button