“Atalanta”nın hücumçusu ərəblərin təklifini rədd edib
“Atalanta”nın hücumçusu Mateo Reteqi klubunu tərk etməyə tələsmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, forvard bu yaxınlarda Səudiyyə Ərəbistanından sərfəli təklif alıb və o, bundan imtina edib. Adı açıqlanmayan klub futbolçuya ildə təxminən 15-20 milyon avro maaş ödəməyə hazırdır.
25 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 33 matçda 23 qol vurub. O, şənbə günü “Verona” ilə matçda (5:0) het-trik edərək, A Seriyasında qol yarışında liderliyini möhkəmləndirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin