Reşfordun arzusu

“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Liqa kubokunun “Nyukasl”la final matçından öncə gözləntilərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əziyyətlərinin qarşılığı olaraq kuboku qazanmaq istədiklərini bildirib:

“Hansısa turniri qazana bilməsəniz, bütün səyləriniz boşa çıxa bilər. İstəyirəm ki, əziyyətimizin qarşılığını alaq. Yəni kuboku qazanaq”.

25 yaşlı forvard cari mövsümdə “Mançester Yunayted”in heyətində 37 oyuna çıxıb, 24 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button