Reşfordun “Barselona”ya keçidi ispan futbolçunu təəccübləndirib

“Çelsi”nin cinah müdafiəçisi Mark Kukurella Markus Reşfordun “Barselona”ya keçməsi xəbərinə təəccübləndiyini etiraf edib.

Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu söyləyib:

“Reşfordun “Barselona”ya keçdiyini eşidəndə çox təəccübləndim. Bunu gözləmirdim. O, çox faydalı ola bilər. Çünki Reşford Premyer Liqada oyunun yüksək tempinə öyrəşib. Baxaq, nə baş verir”.

Kataloniya klubu ingiltərəli vingeri “Mançester Yunayted”dən icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button