
Sabiq futbolçu Reşfordu təriflədi
Argentina millisinin sabiq hücumçusu Serxio Aquero “Barselona”nın ingiltərəli futbolçusu Markus Reşfordun çıxışını yüksək qiymətləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu, Reşfordun çox yaxşı fiziki formada göründüyünü bildirib:
“Reşfordun “Barselona”ya gəlişindən sonrakı oyunları heyranedicidir. O, həm qol vurur, həm də komanda yoldaşlarına ötürmələr verir. Üstəlik, çox yaxşı fiziki formada görünür. Ən önəmlisi isə odur ki, o, yeni komandaya çox tez uyğunlaşa bildi”.
La Liqa təmsilçisi 27 yaşlı futbolçunu bu ilin iyulunda “Mançester Yunayted”dən icarəyə götürüb. O, indiyədək Hans-Diter Flikin rəhbərliyi altında 10 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
“Barselona” sabah La Liqa çərçivəsində “Jirona”nı qəbul edəcək.
Bizi Facebook-da izləyin



