
Reşfordun “Barselona” arzusu
“Mançester Yunayted”in vingeri Markus Reşford “Barselona”ya transfer olunmaq arzusundadır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçuya “Bayern”, “Yuventus” və bir neçə Premyer Liqa klubu maraq göstərsə də, Reşford yalnız “Barselona”ya keçmək istədiyini bildirib və digər variantlarla maraqlanmır.
Kataloniya klubu isə ingilis oyunçunu heyətinə qatmaq üçün maliyyə problemlərini həll etməlidir.
Bildirilir ki, “Mançester Yunayted” Reşfordu transferə çıxarıb və hətta icarəyə vermə ehtimalı da müzakirə olunur. İcarə halında “qırmızı şeytanlar” onun maaşının əhəmiyyətli hissəsini ödəməyə davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


