Reşfordun 3 “elçi”si var

“Mançester Yunayted”in hücumçusu Markus Reşforda transfer bazarında tələbat var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ingiltərəli forvard Avropanın üç tanınmış klubunun maraq dairəsindədir. Söhbət “Bayern”, PSJ və “Marsel”dən gedir.

Reşfordun “qırmızı şeytanlar”la müqaviləsi 2028-ci ilə qədərdir. İngiltərə klubu onu 100 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.

26 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 8 matça çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button