Reşford Türkiyə klubunun təklifini rədd edib
“Mançester Yunayted”in vingeri Markus Reşford “Qalatasaray”a keçməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu bu yaxınlarda ingiltərəli futbolçuya 6 aylıq icarə təklifi ilə müraciət etsə də, o, bundan imtina edib.
Reşfordun Avropanın ən güclü liqalarından birində oynamaq istədiyi dəqiqdir. Bundan əvvəl “Barselona” və “Vest Hem”in onun üçün yarışda favorit olması ilə bağlı məlumatlar yayılmışdı.
27 yaşlı futbolçu sonuncu dəfə dekabrın 7-də meydanda olub. O, həmin vaxtdan bəri yalnız bir dəfə “Mançester Yunayted”in heyətində yer alıb, onda da bütün matçı ehtiyat oyunçular skamyasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin