Reşford İngiltərənin tarixinə düşdü

“Mançester Yunayted” UEFA Avropa Liqasının 1/8 finalının cavab oyununda “Betis”i məğlub edib (1:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşford üçün əlamətdar olub.

O, avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli oyunçu rekordunu yeniləyib. Bununla da, Reşford həm komandasının, həm də İngiltərənin tarixinə düşüb.

La Liqa təmsilçisi ilə cavab qarşılaşmasında yeganə qolun müəllifi olan 25 yaşlı forvard, eyni zamanda, “Mançester Yunayted”in Avropa arenasında bu qədər qol həddinə ən gənc yaşda çatma rekordunu ələ keçirib.

İki oyunun nəticəsinə əsasən, Premyer Liqa klubu “Betis”i 5:1 hesabı ilə məğlub edib və turnirin 1/4 finalına çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button