
Reşfordun agenti İtaliyaya gedib – Danışıqlar aparmağa
“Mançester Yunayted”in hücumçusu Markus Reşfordun agenti “Milan”la danışıqlar aparmaq üçün İtaliyaya gedib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu ilə danışıqlar yanvarın 8-də başlayacaq və tərəflər sövdələşməni mümkün qədər tez başa çatdırmaq istəyir. Hazırda transfer danışıqlarının ilkin mərhələdə olduğu qeyd edilir.
Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin