“Reşford meydanı tərk edərkən yaxşı idi” – Millinin baş məşqçisi
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt hücumçu Markus Reşfordun Malta ilə matçda aldığı zədədən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis ingilis futbolçunun yaxşı olduğunu bildirib:
“Məncə, o yaxşıdır. Sadəcə fikirləşdik ki, toqquşmanın xarakterini nəzərə alsaq, bu, başqa futbolçunu oyuna cəlb etmək şansı idi. Məncə, Reşford meydanı tərk edərkən yaxşı idi”.
“Mançester Yunayted”in yetirməsi olan 25 yaşlı futbolçu əsas komandada 2016-cı ildə debüt edib. O, bu klubda ümumilikdə 359 oyunda 123 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin