Reşford “Mançester Yunayted”ə qayıdır

“Mançester Yunayted”in vingeri Markus Reşford yay transfer dönəmində icarədən geri dönəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu başqa bir kluba transfer üçün açıq olacaq və onun dəyəri 47 milyon avro təşkil edəcək.

27 yaşlı oyunçu hazırda “Aston Villa”da icarə əsasında çıxış edir və yeni təklifləri dəyərləndirməyə hazırdır.

Reşford bu mövsüm hər iki klubun heyətində ümumilikdə 41 oyunda meydana çıxıb, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. O, “qırmızı şeytanlar”ın yetirməsidir. İngiltərə millisinin heyətində isə Avropa çempionatının gümüş medalçısı və Millətlər Liqasının bürünc mükafatçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button