
Reşford İngiltərəni tərk etmək istəyir
“Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer dönəmində karyerasını İngiltərədən kənarda davam etdirmək niyyətindədir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ölkə xaricinə keçidi prioritet hesab edir.
“Qırmızı şeytanlar” Reşfordu satmaq niyyətindədir. O, özü də ayrılmağa qarşı deyil və uyğun təklif olacağı təqdirdə, icarə variantına da açıqdır. Reşfordun əsas məqsədi titul uğrunda mübarizə aparmaqdır.
İngiltərə millisinin üzvü iyulun 7-də “Mançester Yunayted”in yay hazırlıqlarına qoşulacaq.
Daha əvvəl “Barselona”nın bu transfer pəncərəsində Reşfordu heyətinə qatmaq istədiyi bildirilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



