Reşford “Mançester Yunayted”in məşqlərinə qatılmır

“Aston Villa”da icarə əsasında çıxış edən hücumçu Markus Reşford “Mançester Yunayted”ə qayıdıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bazar ertəsi və çərşənbə axşamı “qırmızı şeytanlar”ın Karrinqtondakı bazasında məşq edib. Reşford fərdi məşq edib, komandanın məşqlərində iştirak etməyib.

Daha əvvəl “Mançester Yunayted”in Reşforda özünə yeni komanda tapmaq tapşırığı verdiyi bildirilib.

27 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. O, bu müddət ərzində 10 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button