Reşford “Barselona”ya görə maaşının azalmasına razıdır – Amma…

“Mançester Yunayted”in vingeri Markus Reşford onunla maraqlanan “Barselona”ya qoşulmaq istəyir və maaşının azalmasına razıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Daha əvvəl mətbuatda 27 yaşlı futbolçunun “qırmızı şeytanlar”da həftəlik maaşının 325 min funt sterlinq olduğu bildirilirdi.

Reşford maaşının bir hissəsindən imtina etməyə hazır olsa da, transfer pəncərəsinin sonuna kimi futbolçulardan heç biri Kataloniya klubunu tərk etməsə, “Mançester Yunayted” ingiltərəli hücumçunun maaşının yarısını ödəməli olacaq. Bu şərtlərin hər ikisi yerinə yetirilərsə, “Barselona” maliyyə feyr-pley qaydalarına əməl edə biləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button