
“Reşford çox yaxşı görünür” – Sabiq futbolçu
İngiltərəli sabiq hücumçu Qari Lineker Markus Reşfordun “Barselona”dakı irəliləyişini yüksək qiymətləndirib.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Reşford məni təəccübləndirmədi, çünki mən onu illərdir tanıyıram. Bu oğlan çoxlu qol vurmaq və xoşbəxt olanda olduqca yaxşı oynamaq qabiliyyətinə malikdir. Onun “Barselona”da hələ heç bir problemi olmayıb, davamlı oynayır və çox yaxşı görünür”.
“Mançester Yunayted”dən icarəyə götürülmüş 28 yaşlı futbolçu Hans-Diter Flikin rəhbərliyi altında əla oyun sərgiləyir. O, 16 matçda 6 qol vurub və 9 məhsuldar ötürmə edib. Daha əvvəl “Barselona”nın Reşfordu təxminən 30 milyon avroya tam transfer edə biləcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



