
Reşford qərarını verib
İngiltərəli futbolçu Markus Reşford gələcək karyerası ilə bağlı qərarını verib.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Barselona”da icarə əsasında çıxış edən 27 yaşlı futbolçu mövsümün sonunda “Mançester Yunayted”ə qayıtmaq istəmir.
Reşford Kataloniya klubunda çıxışını davam etdirmək niyyətindədir. Onun icarə müqaviləsi cari mövsümün sonunda başa çatacaq, bundan sonra tərəflərin tam transferi rəsmiləşdirmək imkanı yaranacaq.
Reşford bu mövsüm “Barselona”nın heyətində 10 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



