
Sabiq futbolçudan Reşforda məsləhət: “Bunu düzəltsə…”
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Roy Kin, İngiltərə millisinin üzvü, hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşford barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Reşfordun istedadına heç bir şübhə olmadığını deyib:
“Mançester Yunayted”dəki son dövründə açıq şəkildə problemlər var idi. O, komanda daxilindəki problemlərin bir hissəsi idi, xüsusilə də, klubun ən təcrübəli oyunçularından biri olduğu üçün.
O, standartları müəyyən etməli və kluba yeni gələnlərə “Mançester Yunayted”in futbolçusu olmağın nə demək olduğunu göstərməli idi. Bu, öz-özlüyündə aydındır. İndi isə vacib olan odur ki, İngiltərə millisində şansı var və bunu haqq edir.
Onun istedadına heç bir şübhə yoxdur, o, fantastik futbolçudur. Ancaq azarkeşləri narahat edən məsələlərdən biri onun bədən dili idi – müdafiəyə qayıtmayanda və ya lazımınca pressinq etməyəndə. Bunu düzəltsə, dünya səviyyəli oyunçu ola bilməməsi üçün heç bir səbəb yoxdur”.
Reşford yayda “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib.
Bizi Facebook-da izləyin



