Reşforddan əla göstərici – bunu 27 dəqiqəyə etdi
“Mançester Yunayted”in futbolçusu Markus Reşford UEFA Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu buna “Leyptsiq”lə matçda (5:0) nail olub.
Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.
Əvvəlki rekord 38 dəqiqəyə 3 qol vurmuş Kilian Mbappeyə məxsus idi.
Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin