Reşford bütün təklifləri rədd edib – “Barselona”ya görə

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını “Barselona”da davam etdirməkdə qərarlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” 27 yaşlı futbolçunu icarə müddəti bitəndən sonra “qırmızı şeytanlar”dan almaqdan imtina etdiyi üçün Reşford qarşıdakı transfer pəncərəsində yenidən komanda dəyişəcək. İngiltərəli futbolçu bütün təklifləri rədd edib: o, “Barselona”nın “Mançester Yunayted”lə danışıqlara başlamasını gözləyir. Reşford yalnız Kataloniya klubuna getmək istəyir.

İngiltərə klubunun rəhbərliyi yetirməsinin satışından təxminən 40 milyon avro qazanmaq niyyətindədir. “Barsa”nın idman direktoru Deku artıq futbolçu ilə əlaqə saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button