Reşford “Barselona”ya vaxt verib

“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Barselona” ilə danışıqları davam etdirir.

Kataloniya klubu ingiltərəli futbolçunu icarəyə götürməkdə maraqlıdır, ancaq müqaviləni başa çatdırmaq üçün oyunçularından biri ilə yollarını ayırmalıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı forvard transferə mane olan məsələləri həll etmək üçün “Barselona”ya 5-6 gün vaxt verib.

Göstərilən vaxt çərçivəsində vəziyyəti həll etmək mümkün olmasa, Reşford diqqətini başqa variantlara yönəldəcək. Dortmund “Borussiya”sı, “Milan” və “Monako” da ona iddialılar sırasındadır.

“Qırmızı şeytanlar”ın yetirməsi 55 milyon avro dəyərində qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button