
Reşford ərəblərin fantastik təklifindən imtina edib
”Mançester Yunayted” Markus Reşfordu klubdan göndərmək istəyir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Barselona” ingiltərəli futbolçu ilə maraqlanır. Reşfordla həmçinin, Səudiyyə Ərəbistanı klubları da maraqlanır. Bu klublardan biri artıq oyunçuya mövsümə 40 milyon avro maaşla fantastik təklif edib. Lakin futbolçu hələ də “Barselona”nı gözlədiyi üçün təklifdən imtina edib. O, kataloniyalıların formasını geyinməyi xəyal edir və bunun üçün hətta maddi güzəştə getməyə də hazırdır.
27 yaşlı futbolçu 2024/2025 mövsümünün ikinci hissəsini icarə əsasında “Aston Villa”da keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



