
Reşford “Barselona”ya keçmək üçün tanınmış agentdən kömək istəyib
“Mançester Yunayted”in hücumçusu Markus Reşford hazırda icarə əsasında çıxış etdiyi “Aston Villa”dan ayrılaraq karyerasını İspaniya La Liqasında davam etdirmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Reşford “Barselona”ya keçmək istəyir və bu məqsədlə tanınmış futbol agenti Pini Zahaviyə müraciət edib. Zahavi hazırda “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin və hücumçu Robert Levandovskinin də maraqlarını təmsil edir.
Hazırda tərəflər arasında ilkin danışıqlar aparılır.
İngiltərəli forvard mövsüm ərzində “Aston Villa”nın heyətində 17 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



