Reşford “Barselona”ya görə ərəblərə “yox” deyib
“Mançester Yunayted”in hücumçusu Markus Reşford hələ də “Barselona”ya keçməyə ümid edir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu “qırmızı şeytanlar”ın forvardı ilə müqavilə imzalamaq üçün futbolçularından biri ilə ayrılmalıdır.
Bundan əlavə, Reşfordun özü də çox güman ki, maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verməli olacaq. 27 yaşlı futbolçu artıq Səudiyyə Ərəbistanından gələn təklifi rədd edib və bütün çətinliklərə baxmayaraq, hələ də “Barselona”nın bütün problemləri həll edəcəyini, transferi rəsmiləşdirə biləcəyini gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin