İngilis futbolçu “Barselona”ya keçmək üçün əlindən gələni edir

“Aston Villa”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in vingeri Markus Reşford karyerasını “Barselona”da davam etdirmək istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingilis futbolçu Kataloniya klubunun rəhbərliyini maraqlandırmaq üçün əvvəlki formasına qayıtmağı hədəfləyib. Bu, Reşford üçün böyük stimuldur. O, “Barselona”ya transferi təmin etmək üçün mümkün qədər çox oynamaq və qol vurmaq istəyir.

27 yaşlı hücumçu İngiltərə Premyer Liqasının bu mövsümündə 16 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button