
“Barselona” Reşfordla əlaqə saxlayıb
“Mançester Yunayted”in hücumçusu Markus Reşford yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.
27 yaşlı futbolçu 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib və klubda qalması gözlənilmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Reşfordu 40 milyon avroya satmağa hazırdır və bu barədə artıq “Barselona”ya məlumat verilib.
Kataloniya klubu Reşfordla ilkin əlaqə saxlayıb. Transferin baş tutması real görünür.
İngiltərəli forvard həm “Barselona”nın idman direktoru Deku, həm də baş məşqçi Hans-Diter Flikin planlarına uyğun gəlir. O, “Aston Villa”nın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



