Reşford London klubuna keçə bilər

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Mançester Yunayted”in futbolçularından biri ilə maraqlanır. 

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis diqqətini “qırmızı şeytanlar”ın hücumçusu Markus Reşforda yönəldib.

Arteta ingilis forvardla əlaqə saxlayıb və onun mümkün transferini London klubunun rəhbərliyi ilə müzakirə edib.

“Qırmızı şeytanlar” isə futbolçunu satmaq istəmirlər.

Reşfordun MY ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button