
DÇ-2022: “Reşford oyundan həzz almağı bacarır”
İngiltərə millisinin və “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komanda yoldaşı Markus Reşford haqda fikirlərini bölüşüb.
Komanda.az “talkSPORT”-a istinadən xəbər verir ki, o, Reşfordun oynamaqdan həzz aldığını deyib:
“Mançester Yunayted”də çətin mövsüm keçirdik. Bu, hamıya təsir göstərdi. Markus Reşford isə daha sərbəst oynayır, oyundan həzz almağı bacarır”.
Maquayr və Reşfordun çıxış etdiyi İngiltərə millisi bu gün DÇ-2022-nin 1/8 final mərhələsində Seneqal yığması ilə qarşılaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin