Premyer Liqa klubu Reşfordu transfer edə bilər

Markus Reşfordun “Mançester Yunayted”dəki gələcəyi qeyri-müəyyən olaraq qalır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli hücumçuyla “Nyukasl” maraqlanır və onu hücum xəttində əsas gücləndirici kimi görür.

27 yaşlı futbolçu daha əvvəl “Barselona”ya keçid variantını nəzərdən keçirsə də, kataloniyalılar onun gözləntilərinin əksinə olaraq, konkret addım atmayıb. Əvəzində isə “Nyukasl” Reşforda komandada sabit rol və onun statusuna uyğun şərtlər təklif etməyə hazırdır.

“Mançester Yunayted” rəhbərliyi isə artıq Reşfordu toxunulmaz oyunçu kimi görmür və onunla bağlı danışıqlara açıqdır. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button