Renduliç: “Ağlamaq üçün vaxtımız yoxdur”

“Sabah” Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün “Neftçi” ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, 0:0 hesabı ilə bitən matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı oyunçularının bu gün möhtəşəm olduğunu bildirib:

“Əvvəlcə mən öz oyunçularımı təbrik etmək istəyirəm. Onlar bu gün həqiqətən möhtəşəm idilər. Son saniyələrə qədər inadkarlıq göstərdilər. Əfsuslar olsun ki, bu gün biz iki xal itirdik. Futbolda qol vurmaq üçün ən real şans penaltidir. Ondan da yararlana bilmədik. İki xal itirdik, ağlamaq üçün vaxtımız yoxdur. Sabahdan qarşıdakı matça hazırlaşacağıq.

Bu cür hallar futbolun bir parçasıdır. Son dörd oyunda daha çox xallara layiq idik. Heç kim zəmanət verə bilməz ki, qarşıdakı oyunda necə olacaq. Azarkeşlərimiz bu komandanın bir parçasıdır. Düşünürəm ki, gələcək matçlarda qələbələr qazanıb onları sevindirəcəyik.

Əlbəttə ki, yaxşı oyuna görə üç xal versəydilər, indi xalımız daha çox olardı. Futbolçularımın oyunundan razıyam, təəssüf ki, bu gün qələbə qazana bilmədik”.

“Sabah” növbəti turda səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button