Renatın komandası evdə uduzdu

Futbol üzrə İsveçrə çempionatında 17-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Yanq Boyz”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Dadaşov 86-cı dəqiqədə sarı vərəqə alıb. Komandasının 90+4-cü dəqiqədə vurduğu qolun ötürməsini də Renat verib.

“Qrasshopper” 17 turdan sonra 20 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button